Bakı Neft Emalı Zavodunda yanğın

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb . "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, zavodun 4 saylı istehsalat sexində 43 saylı qurğunun koks istehsalı üzrə "R-301" reaktor bölməsinin (4 kameradan ibarət) 2-ci mərtəbəsində 3-cü kameranın alt hissəsində qudron 30 kv.m sahədə və ona bitişik ümumi sahəsi 1600 kv.m olan koks anbarında 200 kv.m sahədə koks yanıb. Qurğu və anbarın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın gecə saat 23:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31