Qubada ağır qəza: “Qazel” “07”-nin üstünə aşdı

Avqustun 26-da Qubada ağır yol qəzası baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Quba-Xaçmaz yolunda "VAZ-2107" markalı, 10 KG 192 dövlət nömrə nişanlı avtomobillə "Qazel" markalı, 10 BH 230 dövlət nömrə nişanlı avtomobil toqquşub.Hadisə zamanı zərbənin gücündən "Qazel" "VAZ 2107"-nin üstünə aşıb və ikinci tamamilə əzilərək, yararsız hala düşüb.Qəza yerində olan yol polisləri hadisə barədə ətraflı açıqlama verməyiblər. Müxbirimizə bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31