İrandan narkotik keçirilməsi cəhdinin qarşısı alınıb
21 Oktyabr 2014 17:26 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana gələn İİR vətəndaşı Esmaeılpour Meshkanbar Bahman Gholamalı oğlunun idarə etdiyi "Samand" markalı, 33 D 357-10 dövlət qeydiyyat nişanlı minik avtomobilinə Biləsuvar Gİ-nin "Reks" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. DGK-dan verilən məlumata görə, baxış zamanı xidməti itin reaksiyasına əsasən avtomobilin ön panelinin orta hissəsində yerləşən havalandırma sisteminin hava axını qurğusunun sağ tərəfində olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqdan, gömrük nəzarətindən gizlədilmiş, 1 ədəd şəffaf selofana qablaşdırılmış, xalis çəkisi 950 qram olan narkotik vasitə-tiryək aşkar edilərək götürülüb. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.