İmişlidə 4 otaqlı ev yanıb

İmişli rayonu, Məzrəli kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nətisədə ümumi sahəsi 100 kv.m olan bir mərtəbəli 4 otaqlı evin mətbəxinin tavanı və ev əşyaları 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31