Komitə sədrinin qardaşı məhkməyə verildi - Tələb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı məhkəməyə verilib. Lent.az-ın Bakı Apellyasiya Məhkəməsinə istinadən verdiyi məlumata görə, İran İslam Respublikasının "SAACO" şirkəti Azərbaycan Respublikasının "AZACO" MMC-dən məhkəməyə şikayət edib.  Cavabdehlər arasında "Kristal" MMM, İbrahimov Tağı Hüseyn oğlu da var. İran şirkəti şirkətin təsisçilər sırasından çıxarılması və nizamnamə kapitalındakı paya uyğun olaraq cəmiyyətin əmlakının naturada bölünməsini tələb edir. "Azərsutikinti" Açıq Tipli Səhmdar Cəmiyyətinin "Samur-Abşeronsutikinti" Törəmə Müəssisəsi Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentindən şikayətçidir. Törəmə müəssisə apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı iddia qaldırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31