Orqanlarımızı satanlar yaxalanıb
2010-2014-cü illər ərzində onlar xaricə qeyri-qanuni əməliyyatlara 50 yaxın adam göndərib
21 Oktyabr 2014 11:33 KriminalUkrayna xüsusi xidmət orqanının əməkdaşları insan orqanlarının satışı ilə məşğul olan beynəlxalq cinayət qruplaşmasının iki üzvünü yaxalayıblar.ANS PRESS-in məlumatına görə, cinayətkarlar aztəminatlı ailələrin üzvlərini aldadaraq qanunsuz orqan əməliyyatlarının keçirilməsi üçün Asiya və Latın Amerikası ölkələrinə göndərirdilər. 2010-2014-cü illər ərzində onlar Ukrayna, Azərbaycan, Litva və Rusiya Federasiyasından olan 50-yə yaxın insanı əməliyyata sövq ediblər.Saxlanınanlara "insan alveri və ya insanla bağlı digər qanunsuz sövdələşmə" maddəsi ilə iş açılıb.İsitintaqın məlumatına görə keçirilən 25 qanunsuz əməliyyatlardan 15-i Azərbaycanda yerli həkimlər tərəfindən, digərləri isə Ekvador və Kosovoda keçirib.