Azərbaycanda neft çıxaran şirkətin prezidenti həlak oldu
21 Oktyabr 2014 10:46 KriminalMoskvanın "Vnukovo" hava limanında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. Musavat.com xəbər verir ki, məlumatı RİA "Novosti" yayıb."Falkon 50" təyyarəsi uçuşa qalxarkən rotor maşını ilə toqquşub, yanğın başlayıb.Moskvanın "Vnukovo" aeroportunda kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində Fransanın "Total" neft şirkətinin prezidenti Kristof de Marjeri ölüb.APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Röyters" agentliyi məlumat yayıb. "Bu gecə "Falkon" tipli təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Təyyarədə olan 3 ekipaj üzvü və sərnişin ölüb. Mən sərnişinin "Total" şirkətinin rəhbəri Kristof de Marjeri olduğunu təsdiqləyirəm", - deyə "Vnukovo" aeroportunun nümayəndəsi Yelena Krılova bildirib.Aeroportun fəaliyyəti artıq bərpa olunub.Təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi başlanıb.