"Əşya bazarı" ticarət mərkəzi yandı

18 sahibkara məxsus mağaza külə dönüb

Mingəçevir şəhərində növbəti ticarət mərkəzində yanğın baş verib, sahibkarlara külli miqdarda maddi ziyan dəyib.Yanğın hadisəsi avqustun 24-də axşam saat 21:00 radələrində Mingəçevir şəhərinin mərkəzindəki "Əşya bazarı" adlanan ticarət mərkəzində qeydə alınıb.Alış-veriş vaxtı olmadığı üçün sahibkarlar hadisədən gec xəbər tutublar və yanğın qısa müddətdə ticarət mərkəzindəki bir çox mağazanı əhatə edib. Hadisə yerinə Mingəçevir Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları, canlı qüvvəsi və şəhər polis şöbəsinin bütün şəxsi heyəti cəlb edilib. Yanğın 2 saat ərzində söndürülüb.Hadisə zamanı ümumi sahəsi 300 kvadratmetr olan 18 sahibkar mağazası içərisindəki geyim əşyaları, xalçalar, məişət avadanlıqları, parça, suvenir və digər əşyalarla birgə yanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, 25 gün öncə Mingəçevirdə ərzaq və tikinti mallarının topdansatış mərkəzində də böyük yanğın baş vermişdi. Həmin hadisə zamanı 5 sahibkara məxsus ərzaq və tikinti mallarının topdansatış mağazası, məişət avadanlığı, kompüter dəstləri, mağazadakı 15 min manat pul və yaxınlıqdakı 3-mərtəbəli fərdi yaşayış evi də yanmış Apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31