Xaçmazda meşədə meyiti tapılan şəxsin qətlə yetirildiyi üzə çıxdı

Xaçmazda meşədən meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Ləcət kəndinin meşə zolağında qətlə yetirilənin Xudat şəhər sakini Zamiq Xeyirov olması və qətlin Qusar rayon sakinləri Radik Məmmədov və Nazim Zəkərayev tərəfindən törədilməsi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31