Qırğızıstanda adam oğurlayan reket Bakıda yaxalandı

Bakıda daha bir reket saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Qırğızıstan Respublikası CM-nin 123-cü (adam oğurluğu) və 170-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan Qazaxıstan vətəndaşı Eldar Panagi tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31