Gəncədə poçt idarəsində bankomatdan oğurluğa cəhd göstərilib

Gəncədə poçt idarəsindəki bankomatdan oğurluğa cəhd göstərmiş şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 19-da Gəncə şəhər Mühafizə İdarəsi əməkdaşları tərəfindən şəhərin Azərbaycan küçəsindəki "Azərpoçt" MMC-nin Filialından daxil olmuş həyəcan siqnalı yoxlanılarkən oranın giriş qapısına müdaxilə olunması aşkar edilib. Oradakı bankomatdan oğurluğa cəhd göstərmiş şəhər sakini Orxan Abbaszadə saxlanılaraq Kəpəz Rayon Polis İdarəsinə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31