Bakıda "Mercedes" aşdı: ölən var

Türkan qəsəbəsi ərazisində ağır yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, oktyabrın 18-də Xəzər rayonu Türkan qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Qismət Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobilin idarəetməsini itirərək aşırıb. Nəticədə, Q.Əliyev, sərnişinləri - 1993-cü il təvəllüdlü Taleh Dadaşov, 1983-cü il təvəllüdlü Vüsal Atakişiyev və 1963-cü il təvəllüdlü Niyaməddin Məsimzadə xəstəxanaya yerləşdiriliblər. Q.Əliyev aldığı bədən xəsarətlərindən xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31