Bakıda kafedə bıçaqlanma olub

Bakıda kafedə bıçaqlanma hadisəsi qeydə alınıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 19-da Z.Bünyadov prospektində kafedə naməlum şəxs Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımova bıçaq xəsarəti yetirib. Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Tərtər rayon sakini 1986-cı il təvəllüdlü Elçin Məmmədov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31