Xəzər rayonunda 2 otaqlı ev yanıb

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyndən "OLAYLAR"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 2 otaqlı evin hamam otağının lambirdən ibarət tavanı 9 kv.m və mətbəxin tavanı 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31