Rusiyada adam oğurlayan daha bir mütəşəkkil dəstə Bakıda tutuldu
17 Oktyabr 2014 15:24 KriminalRusiyada reketliklə məşğul olduğu üçün axtarışa verilən daha bir mütəşəkkil dəstə Bakıda yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən bədən xəsarəti yetirmə) ilə axtarışda olanlar - Anar Davidov və Tehran Osmanov, 127-ci maddəsi (qanunsuz azadlıqdan məhrum etmə) ilə axtarışda olan Tehran Əhmədov, 228-ci maddəsi (narkotik) ilə axtarışda olanlar - Mehman Axundov saxlanılıb, Məhəmməd Qəniyev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31