77 nəfərin qatili 21 il həbs cəzası aldı
24 Avqust 2012 16:59 Kriminal. Türkiyə mətbuatının məlumatına görə, Norveç məhkəməsi 77 nəfərin qətlinə səbəb olmuş irqçi qatil Anders Berinq Breivikə 21 il həbs cəzası verib. Xalq məhkəmənin Breivikin psixoloji vəziyyətinin normal olmaması səbəbilə xəstəxanaya göndərməsindən qorxurdu. Ancaq, bu baş tutmayıb. Norveçdə ölüm hökmü olmadığından ona sadəcə olaraq 21 il həbs verilib. Breivikin həbsxanadan insanları təhdid etdiyi təqdirdə məhkəmənin cəzanın müddətinin artıracağı istisna olunmur. Anders Breivik cəzasını təkbaşına Oslo kənarındakı İla həbsxanasında çəkəcək. Qatil həbsxanada idman zalı, kompüter və televizordan istifadə edə biləcək. Qeyd edək ki, Anders Breivik keçən il iyulun 22-də Osloda hökumət binalarına və Utoya adasındakı İşçi Partiyasının Gənclik Qolunun binasına etdiyi hücumda 77 nəfəri qətlə yetirmişdi. "OLAYLAR" İA