FHN Bakıda əlil qadının qəzada ölməsi barədə məlumat yaydı
17 Oktyabr 2014 12:44 KriminalFövqəladə Hallar Nazirliyi Bakıda əlil qadının qəza nəticəsində ölməsi barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda "Nazlifan" və "Jeep" markalı iki minik avtomobili toqquşub. Nəticədə, hər iki avtomobil deformasiyaya uğramış, "Nazlifan" markalı minik avtomobilinin sürücüsü 1975-ci il təvəllüdlü Abbasova Sevil Hümbət qızı isə hadisə yerində vəfat edib. Xilasedicilər sürücünün cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:15-də başa çatıb.
Xatırladaq ki, qəzada həlak olan Sevil Abbasova əlildir və qəzaya düşdüyü "Nazlifan" markalı avtomobil 2 ay öncə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilibmiş.