Türməyə telefon keçirmək cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2; 279.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Urfan Fikrət oğlu Umayevin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Şabran rayonu, Rəhimli kəndində yaşayan vətəndaş Tamilə Simran qızı Paşayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, baxış zamanı onun əl çantasının içərisində gizlədilmiş, daxilində "Cin" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı, 1 ədəd qulaqcıq və gətirdiyi sovqatın içərisində gizlədilmiş 1 ədəd əl bıçağı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31