Bakının mərkəzində dəhşət: qadın boğazını kəsdi
16 Oktyabr 2014 18:02 KriminalBu gün Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşlı qadın intihara cəhd edib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Səməd Vurğun bağında 50-55 yaşlarında qadın boğazını kəsərək intihara cəhd edib. Bildirilir ki, ərazidə dayanan avtobus sürücülərinə çay satan qadın onun Səməd Vurğun bağından uzaqlaşdırmaq istəyən polislərə etiraz edib. Bu zaman o, əlindəki stəkanı yerə çırpıb və şüşə qırıntısı ilə boğazını kəsib. Qadının qan içində qaldığını görən şəxslər təcili tibbi yardıma zəng ediblər və bir neçə dəqiqə sonra o, xəstəxanaya aparılıb. Hadisə vaxtı çəkiliş etmək etmək istəyən bir nəfər də polis tərəfindən saxlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31