“Lotos” Ticarət Mərkəzində qarət
16 Oktyabr 2014 15:51 KriminalBakıda tanınmış ticarət mərkəzində qarət hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayılb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 15-də paytaxtın Nizami rayonu ərazisində yerləşən "Lotos" ticarət mərkəzində naməlum şəxs orada işləyən Lerik rayon sakini Zinyət Məmmədovaya məxsus içərisində 120 manatı və kosmetik əşyaları olan çantanı aparıb. Nizami RPİ 24-cü PB və ÇPA əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Lənkəran şəhər sakini Məhərrəməli Şərifov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31