Siyəzəndə su kanalına düşən şəxsin meyiti tapıldı

Siyəzəndə su kanalına yıxılan şəxsin meyiti tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 14-də Siyəzən rayonunda "Taxta körpü" su kanalına yıxılmış rayon sakini Elvin Zahidovun meyiti sudan çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31