Azərbaycanda toyda zəhərlənmə faktı qeydə alınıb. Cəlilabad Rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, oktyabrın 15-də Cəlilabad şəhər sakinləri Həmid Nəsirov, Aqil Əliyev və Orxan Nəsirov alkoqoldan zəhərlənərək xəstəxanaya aparılıblar. İlkin məlumatlara görə, onlar toy məclisində içdikləri spirtli içkidən zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31