Bakıda küçənin ortasında qadını huşunu itirinədək döydülər

Qadını döyən şəxs hadisə yerindən qaçıb

Bakıda küçənin ortasında qadına hücum ediblər. Bakı şəhər Baş Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, A.Nemətulla küçəsində naməlum şəxs Ülkər Səfərovaya arxadan hücum edib. Həmin şəxs qadını arxadan boğazından tutaraq əlilə vurub. Daha sonra qulağından bir iki sillə vurub. Qadın zərbəin təsirindən huşunu itirərək yıxılıb. Naməlum şəxs hadisə yerindən qaçıb. Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Ruzi Bayramov tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31