Bakıda silahlı Gürcüstan vətəndaşı yaxalandı
24 Avqust 2012 15:59 KriminalBakıda silahlı şəxs həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Çevik Polis Alayı və Nizami RPİ 24-cü PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Anar Hacalıyevdən 1 ədəd "Makarov" markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31