Rusiyada adam öldürən iki nəfər Azərbaycanda yaxalandı

Rusiyada adam oğurluğunda təqsirləndirilərək axtarışa verilən iki qatil Azərbaycanda ələ keçib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Krasnoyarsk şəhər Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası CM-nin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rafayel Əliyev tutulub. Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Moskva vilayəti Baş Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası CM-nin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Gürcüstan vətəndaşı Maqomed Güselnov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31