Bakıda qadın narkobandanın tiryəkxanası aşkarlandı

Bakıda qadının mənzilində tiryəkxana aşkarlanıb. Bu barədə Daxili İşlər nazirliyi məlumat yayıb. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində Aynurə Məmmədovaya məxsus mənzilin tiryəkxana kimi istifadə olunması müəyyən edilib və orada olan Bakı şəhər sakinləri Səidə İmanova, Çinarə Məmmədova və Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş, Xətai RPİ tərəfindən axtarışda olan Xatirə Ələkbərova tutulub. Onlardan ümumilikdə 3,057 qram heroin aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31