Bakıda “Jiquli” ana və azyaşlı oğlunu vurdu
24 Avqust 2012 15:57 KriminalBakıda "Vaz 21011" markalı avtomobil gənc ana və azyaşlı uşağını vurub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə avqustun 23-də saat 19.45 radələrində Bakının Nizami rayonu ərazisində baş verib. Mingəçevir şəhər sakini Yaməddin Musayev "VAZ-21011" markalı avtomaşını idarə edərkən yolu keçən Bakı şəhər sakinləri Könül Mirişova və onun oğlu 8 yaşlı Damədi vurub. Nəticədə K.Mirişova aldığı xəsarətdən hadisə yerində ölüb, uşaq isə xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31