Gədəbəydə dəhşətli yol qəzası, iki nəfər yanıb külə döndü
24 Avqust 2012 15:46 KriminalGədəbəydə ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Novosaratovka kəndində baş verib. Vətəndaşa məxsus "VAZ-2107" markalı minik avtomobili yolun kənarındakı betondan ibarət elektrik dirəyinə çırpılıb. Hadisə zamanı zərbənin təsirindən avtomobil yanıb. Hadisə nəticəsində avtomobilin sürücüsü və avtomobildə olan sərnişinin yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib və adiyyatı üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31