Şəmkirdə iki qardaşın evi yandı, azyaşlı qız külə döndü
15 Oktyabr 2014 15:39 KriminalŞəmkirdə dəhşətli yanğın hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 14-də saat 10 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsində Yusif Qələndərovun və onun qardaşı Cavanşirin yaşadıqları evdə yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, C.Qələndərovun azyaşlı nəvəsi Günay aldığı yanıq xəsarətindən ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31