Bakıda məcburi köçkünün evindən oğurluq etmiş şəxs tutulub
15 Oktyabr 2014 14:54 KriminalBakıda Zəngilandan olan məcburi köçkünün evindən 7 min manat pul oğurlamış şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 14-də Biləcəri dəmiryol stansiyasının Çeşidləmə məntəqəsinin ərazisində yaşayan Zəngilan rayon sakini Şükür Cəfərquliyevin evindən 7000 manat oğurlanıb. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Zərdab şəhər sakini Elçin Həsənov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31