İsmayıllıda ötən ay itkin düşən şəxsin asılmış meyiti tapıldı
15 Oktyabr 2014 14:53 KriminalÖtən ay İsmayıllı rayonunda itkin düşən şəxsin meyiti tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabr ayının 26-da İsmayıllı rayonunun Diyallı kənd sakini Məhəmməd Kərimov evdən çıxıb, geri qayıtmayıb.
Oktyabrın 14-də Diyallı kəndinin meşə zolağında M.Kərimovun ağacdan asılmış vəziyyətdə olan qismən cürüməyə məruz qalmış meyiti tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31