Azərbaycanda başqasının bank hesabından pul oğurlamış şəxs tutulub
15 Oktyabr 2014 14:51 KriminalAzərbaycanda başqasının bank hesabından pul oğurlamış şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini Anar Vəliyev tutulub.
O, oktyabrın 13-də Tünzalə Ələkbərovanın hesabından 2000 manatını çıxararaq oğurlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31