Bakıda Elmi-Tədqiqat İnstitutunda yanğın

Bakıda  Elmi-Tədqiqat İnstitutunda yanğın olub. Bu barədə "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hadisə  paytaxtın Xətai rayonunda Elmi Təhqiqat İnstitutunun ərazisində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan taxta sexinin taxta konstruksiyalardan ibarət otağı 25 kv.m sahədə və sexin ətrafinda 60 kv.m sahədə quru ot və taxta yonqarı yanıb. Sex və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31