Balıqçı Xəzərda ölümlə üz-üzə qalıb
24 Avqust 2012 15:11 KriminalXəzər dənizində qayıqla balıq tutan balıqçı təhlükədən xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, balıq tutmaq məqsədi ilə mühərrikli rezin qayıqla Bakı şəhəri, Səbail rayonu ərazisindən (sahildən, təxminən, 2 km dənizin içərilərinə doğru) dənizə çıxmış 1 nəfər küləkli hava şəraiti səbəbindən təhlükə ilə üzləşib. Dərhal Fövqəladə Hallar Nazirliyinin "Bakı" dalğıc axtarış qrupunun xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, vətəndaşı xilas etmiş və qayığı sahilə çıxarıblar. Əməliyyat saat 13:50-də başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31