Naftalanda asfalt zavodda yanğın olub

Naftalanda asfalt beton zavodunda yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə avqustun 23-də axşam saatlarında baş verib.  Rayonun Qasımbəyli kəndində yol istismar idarəsinə məxsus asfalt beton zavodunun ərazisində tutumu 20 ton olan bitum çəninə gələn elektrik kabelləri 6 p.m və çənin yaxınlığında 10 kv.m sahədə quru ot yanıb. Yaxınlıqdakı 2 ədəd bitum çəni və tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31