Yevlax rayonu, Xaldan kəndində vətəndaşa məxsus mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 36 kv. m olan ərzaq mağazasının lambirindən ibarət asma tavanı 1 kv. m sahədə və içərisində olan soyuducu yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31