Bakıda 19 yaşlı oğlan onu aldadan homoseksualı öldürdü

Paytxatda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub

Oktyabrın 11-də Xəzər rayonunun Zirə qəsəbəsində baş vermiş qətlin təfərrüatları məlum olub. Xəzər rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, qəsəbə sakini A.M aralarında yaranmış mübahisə zəminində həmyerlisi O.R-i istifadəsiz tikilidə öldürüb. 1995-ci il A.M 50 yaşlı O.Riya 10 bıçaq xəsarəti yetirib. O.R aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. 19 yaşlı A.M qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub. Kiriminalistlər 50 yaşlı O.R-in meyitini çılpaq halda aşkar edib. A.M O.R-i mətbəx bıçağı ilə qətlə yetirib. A.M-in sözlərinə görə, O.R ilə axşam tanışlarının toyundan bir gün əvvəl, toy axşamında əylənmək istəyiblər. O.R A.M-ə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib. Cütlük yarımçıq tikiliyə gedərək cinsi əlaqədə olur. Cinsi əlaqəyə girəndən sonra O.R A.M-ə vəd etdiyi pulu verməkdən imtina edib. Bundan sonra hirslənən 19 yaşlı A.M 50 yaşlı O.R-nı öldürüb. Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31