Quba sakini Xaçmazda 5-ci mərtəbədən yıxılıb öldü
24 Avqust 2012 14:29 KriminalXaçmazda usta beşinci mərtəbədən yıxılıb ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 22-də Xaçmazda rayonunda yaşayan Nəcəf Mustafayevin evində baş verib. Evdə təmir işləri aparan Quba rayon sakini İntiqam Əliyev ehtiyatsızlığı nəticəsində 5-ci mərtəbədən yıxılıb. Ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən İ.Əliyev avqustun 23-də orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31