Hacıqabulda 2 tondan artıq çətənə bitkisi məhv edilib

Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2014" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq əməliyyat-axtarış tədbirləri keçirilib. "OLAYLAR"-ın  Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasina istinadən verdiyi xəbərə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində rayonunun Abdulabad və Ağacanlı kəndləri ərazisində 3094 ədəd, ümumi çəkisi 2 ton 833 kq olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub. Aşkar edilmiş çətənə koları yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31