Rusiyada cinayətkarlıqla məşğul olan mütəşəkkil dəstə Azərbaycanda yaxalandı

Rusiyada axtarışda olan bir neçə şəxs Azərbaycanda ələ keçib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Nəsud Quliyev və 210-cu maddəsi (cinayətkar birlik yaratma) ilə axtarışda olan Fərhad Abdullayev tutulub, 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Nurlan Əlihüseynov saxlanılıb. Həmin gün Baş Cinayət-Axtarış İdarəsi və Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 108-ci (zəruri müdafiə həddinin aşmaqla adam öldürmə) və 206-cı (girov götürmə) maddələri ilə axtarışda olan Oqtay Səmədov, Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olanlar Mehman Coqiyev və onun qardaşı Hacı, Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Araz Əliyev, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Ülfət Məmmədov tutlublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31