Xızı sakinini öldürüb evinə atdılar
14 Oktyabr 2014 15:24 KriminalXızı rayonunda qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, oktyabrın 13-də Xızı rayonunun Xələc kəndində Xasməmməd Rəsulovun bıçaqla qətlə yetirilmiş meyiti evində tapılıb. Xızı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini Elnur Heybətov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31