Rusiyada sevgilisini öldürən azərbaycanlı cəzalandırıldı
Maarif Məmmədov 23 yaşlı Yuliyanı anasının gözü qarşısında öldürüb
14 Oktyabr 2014 13:11 KriminalRusiyada sevdiyi iddia etdiyi qızı anasının gözü qarşısında öldürən 19 yaşlı azərbaycanlıya hökm oxunub. Anspress-in məlumatına görə, hadisə mayın 14-də axşam saatlarında Rusiyanın Xanti-Mansiysk şəhərində baş vermişdi. Məhkəmənin qərarı ilə Maarif Məmmədov 23 yaşlı qızın qətlində ittiham edilir. Gənc azərbaycanlı törətdiyi əmələ görə, 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli həbsxanada çəkəcək. Xatırladaq ki, mübahisəyə səbəb Yuliya Pıxtyeva adlı qızın ayrılmaq istəməsi olub. Bundan sonra gənc üstündə gəzdirdiyi bıçaqla qızın baş və boyun nahiyəsindən zərbələr endirib. Qız hadisə yerindəcə keçinib. Hadisə baş verən zaman qızın anası da onların yanında olub. O, azərbaycanlı gənci sakitləşdirməyə çalışsa da, cinayətin baş verməsinə maneə ola bilməyib.