Bakıda döyülən gənc qadından gözlənilməz əməl

Qadın ərilə mübahisədən sonra özünü bıçaqlayıb

Bu gecə saat 01:32-də Bakının Nizami rayonunda 30 yaşı qadın bıçaq xəsarəti alıb. Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsindən Anspress-ə verilən məlumata görə, Naxçıvanski 15 ünvanında yaşayan Zarina Əfsəl qızı Orucova döş qəfəsindən aldığı bıçaq xəsarətlərilə xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, qadın həyat yoldaşı ilə mübahisə edib. Daha sonra özünü sinəsindən bıçaqlayıb. Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31