Yanacaqdoldurma məntəqəsində yanğın olub

Astara şəhərində vətəndaşa məxsus yanacaqdoldurma məntəqəsində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "Mercedes" yanacaq daşıyan avtomobilindən 70 tonluq yeraltı yanacaq çəninə yanacaq boşaldan zaman 2 ədəd rezin boru 0,5 p.m yanıb. Yanacaqdoldurma məntəqəsi və 1 ədəd 70 tonluq, 1 ədəd 25 tonluq dizel çəni yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31