Həyat yoldaşı və uşağını öldürüb intihar etdi

Hadisə Türkiyənin Dənizli şəhərində baş verib

Türkiyə mətbuatının verdiyi məlumata görə, Dənizlinin Canqurtaran məhəlləsində 57 yaşlı Mehmet Elyas gecə saatlarında həyat yoldaşı Aysun və oğlu Ahmet Elyası yatdıqları yerdə tapança ilə baş nahiyyələrindən atəş açaraq öldürüb. Daha sonra Mehmet eyni silahla intihar edib. İki gün ərzində onlardan xəbər ala bilməyən məhəllə sakinləri qapını qıraraq içəri daxil olublar. Hadisədən xəbər tutduqdan sonra polisə zəng vurublar. Araşdırmalardan sonra Mehmet Elyasın psixoloji vəziyyətinin yerində olmadığı müyyən edilib. Qeyd edək ki, o, prostat xərçəngindən əziyyət çəkirmiş. "OLAYLAR" İA
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31