Şəmkirdə 6 tondan artıq çətənə bitkisi məhv edilib.
13 Oktyabr 2014 18:46 KriminalŞəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2014" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilib. "OLAYLAR"-ın Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasina istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı rayonun Əliyaqublu kəndi ərazisində 0,45 hektar sahədə 2300 ədəd, ümumi çəkisi 933 kiloqram, Posanlı kəndi ərazisində 0,57 hektar sahədə 2860 ədəd, ümumi çəkisi 1180 kiloqram, Düyərli kəndi ərazisində 0,28 hektar sahədə 3286 ədəd, ümumi çəkisi 1774 kiloqram çətənə kolu aşkar olunub. Bundan başqa Təzəkənd, Dəllər Cəyir kəndi ərazisində də xeyli miqdarda narkotik tərkibli çətənə kolları aşkar olunaraq yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.