Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin mətbəxinin tavanı 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31