Gəncədə daha bir qumarxana aşklarlandı
13 Oktyabr 2014 17:45 KriminalGəncədə çayxanada qumarxana aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ş.İ.Xətai prospektində yerləşən çayxanada, oranın icarədarı - şəhər sakini Yasin Məmmədovun lotereya oyunları təşkil etməsi müəyyən edilib. Oraya baxış zamanı üzərində "Golden Kend" sözləri yazılmış oyun çekləri, 74 manat pul, qəbzləri çap edən "Lpos" markalı aparat, "LG" markalı televizor və "Toshiba" markalı noutbuk aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31