Həyat yoldaşına narkotik keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş, məhkum Ağamusa Hüseynağa oğlu Bağırovun yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Bakı şəhəri, Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 2, ev 8 ünvanında yaşayan vətəndaş Minayə Əbdülməmməd qızı Bağırovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, baxış zamanı alt paltarında gizlətdiyi 1 ədəd sellofan bükülmüş xalis çəkisi 18,45 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31