Bakıda orta məktəbdə dava düşüb
Hadisə nəticəsində xəsarət alan olub
13 Oktyabr 2014 14:18 KriminalBakıda orta məktəb şagirdləri arasında dava düşüb. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Müşviqabad qəsəbəsində yerləşən 274 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbin 11-ci sinif şagirdi, 1996-cı il təvəllüdlü Babək Vəlican oğlu Cəbrayılov dərs zamanı həmin məktəbin şagirdi tərəfindən döyülüb. B. Cəbrayılov bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31